KİV: Assanj Ekvadorun Londondakı səfirliyindən ayrılmaq istəyir

KİV: Assanj Ekvadorun Londondakı səfirliyindən ayrılmaq istəyir Bakı. 1 avqust. REPORT.AZ/ WikiLeaksin yaradıcısı Culian Assanj 2012-ci ildən sığındığı Ekvadorun Londondakı səfirliyini tərk etməyə hazırdır.
Digər ölkələr
1 Avqust , 2018 11:22
KİV: Assanj Ekvadorun Londondakı səfirliyindən ayrılmaq istəyir
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ "WikiLeaks"in yaradıcısı Culian Assanj 2012-ci ildən sığındığı Ekvadorun Londondakı səfirliyini tərk etməyə hazırdır.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinad edərək məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, Assanj son dövrlərdə sağlamlığının pisləşməsi ilə əlaqədar belə addım atmağa dair qərar verib. O, hələ də Böyük Britaniyada həbs edilə bilər, eləcə də ABŞ-da prokurorlar ona qarşı məxfi məlumatların açıqlanmasına görə ittiham irəli sürə bilər.

Qeyd edək ki, "WikiLeaks"in təsisçisinin bir neçə variantı var: o, Böyük Britaniyada xəstəxanaya gedə, ölkədən qaçmağa çalışa və ya məhkəmədə həbs olunmasına etiraz də bilər.

Son xəbərlər

Orphus sistemi