KİV: Albaniyanın baş nazirini ABŞ-ın vitse-prezidenti ilə şəkil çəkdirməyə qoymayıblar

KİV: Albaniyanın baş nazirini ABŞ-ın vitse-prezidenti ilə şəkil çəkdirməyə qoymayıblar Albaniyanın sabiq prezidenti bunu baş nazirin ayağında idman ayaqqabısı olması ilə əlaqələndirib
Digər ölkələr
3 Avqust , 2017 16:09
KİV: Albaniyanın baş nazirini ABŞ-ın vitse-prezidenti ilə şəkil çəkdirməyə qoymayıblar

Bakı. 3 avqust. REPORT.AZ/ Albaniyanın baş naziri Edi Rama ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə şəkil çəkdirmək mərasiminə buraxılmayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, buna baş nazirin tədbirə ağ idman ayaqqabısında gəlməsi səbəb olub.

Bu faktı Albaniyanın sabiq prezidenti Sali Berişa da təsdiqləyib. Onun sözlərinə görə, işgüzar kostyum geyinməsinə baxmayaraq, baş nazirin ayağında idman ayaqqabısı olub.

Qeyd edək ki, M.Pens ilə şəkil çəkdirmək üçün Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya və Serbiyanın baş nazirləri, həmçinin tanınmamış Kosovonun lideri iştirak edib. Şəkildə Albaniyanın baş naziri yoxdur. Eyni zamanda, Adriatik xartiyası ölkələri baş nazirlərinin görüşündən olan fotolar Albaniya baş nazirinin həqiqətən məşhur markanın ağ idman ayaqqabısında olduğunu təsdiq edir.

Müşahidəçilər xatırladır ki, bu, E.Ramanın publikanı geyimi ilə təəccübləndirdiyi ilk hal deyil.

Qeyd edək ki, M.Pens Monteneqronun əsas şəhəri olan Podqoritsaya çərşənbə axşamı gecə saatlarında gedib.

Son xəbərlər

Orphus sistemi