KİV: ABŞ-ın xüsusi xidmət orqanları Donald Trampın andiçmə mərasimi zamanı kütləvi iğtişaşların baş verəcəyindən narahatdır

KİV: ABŞ-ın xüsusi xidmət orqanları Donald Trampın andiçmə mərasimi zamanı kütləvi iğtişaşların baş verəcəyindən narahatdır Polis yeni prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşmaların qarşısını almaq üçün gücləndirilmiş hazırlıq keçir
Digər ölkələr
28 Dekabr , 2016 11:16
KİV: ABŞ-ın xüsusi xidmət orqanları Donald Trampın andiçmə mərasimi zamanı kütləvi iğtişaşların baş verəcəyindən narahatdır

Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın xüsusi xidmət orqanları və polisi Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminin təhlükəsizliyini təmin etməyin müasir tarixdə ən mürəkkəb əməliyyat ola biləcəyini hesab edir.

"Report" "NewYorkTimes"a istinadən xəbər verir ki, hazırda müvafiq hüquq-mühafizə orqanları D.Trampın tərəfdarları və ABŞ-dakı prezident seçkilərinin nəticəsindən narazı qalanlar arasında mümkün toqquşmaların qarşısını almaq üçün gücləndirilmiş şəkildə hazırlıq keçir.

Nəşr mənbəsinə istinadən yazıb ki, D.Trampın andiçməsi zamanı Vaşinqtona təxminən bir milyona yaxın tərəfdarı gələcək və elə həmin gün paytaxt küçələrində yeni seçilmiş prezidentin bəyan edilmiş siyasətinə qarşı kütləvi nümayişlər keçiriləcəyi gözlənilir. 

"Təhlükəsizliyin təmin edilməsi baxımından qarşıdakı andiçmə mərasimindən daha çətin hadisə əsəvvür edə bilmirəm", - deyə ABŞ-ın keçmiş milli təhlükəsizlik naziri Maykl Çertoffa bildirib.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasimi 2017-ci ilin yanvarın 20-də Kapitolidə, Konqres binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi