Kerri: "İranın neft istehsalı infrastrukturunun bərpasına 500 milyard dollar tələb olunur"

Kerri: "İranın neft istehsalı infrastrukturunun bərpasına 500 milyard dollar tələb olunur" "Banklarda dondurulmuş 55 milyard vəsait İranın neft sənayesinin inkişafına çatmayacaq"
Digər ölkələr
19 Yanvar , 2016 08:36
Kerri: İranın neft istehsalı infrastrukturunun bərpasına 500 milyard dollar tələb olunur

Bakı. 19 yanvar. REPORT.AZ/ "İranın neft istehsalı infrastrukturunun bərpası üçün 500 milyard dollar tələb olunur". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri jurnalistlərlə söhbəti zamanı ABŞ-ın dövlət katibi Con Kerri açıqlayıb.

Kerri qeyd edib ki, 1981-ci ildə xarici banklarda dondurulmuş 55 milyard dollar həcmindəki vəsait rəsmi Tehrana qaytarılacaq. "Bu pulların müəyyən müddət ərzində İranın Mərkəzi Bankına köçürülməsi nəzərdə tutulub. Lakin onu da qeyd etməliyəm ki, bu məbləğ İranın neft sənayesinin inkişafına çatmayacaq. Tehrana daha çox sərməyə lazımdır", - deyə dövlət katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi