Kərbəlada oturaq aksiyanın dağıdılması zamanı 18 nəfər ölüb

Kərbəlada oturaq aksiyanın dağıdılması zamanı 18 nəfər ölüb İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması zamanı azı 18 nəfər ölüb.
Digər ölkələr
29 Oktyabr , 2019 10:07
Kərbəlada oturaq aksiyanın dağıdılması zamanı 18 nəfər ölüb

İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması zamanı azı 18 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, etirazçıları dağıtmağa çalışan asayiş keşikçiləri odlu silahdan istifadə edib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabın 1-də İraqın bəzi regionlarında hökumət əleyhinə etirazlar başlayıb. Bağdadda, eləcə də ölkənin cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edib. Dinc mitinqlər qısa zamanda polis və hərbi heyətlə şiddətli qarşıdurmalara çevrilib. 

Səlahiyyətlilərin rəsmi məlumatına görə, ayın əvvəlində etirazlarda 157 nəfər ölüb, təxminən, 3,5 min insan zərər çəkib.

Son xəbərlər

Orphus sistemi