Keniyada seçkilərin nəticələri ləğv olunub

Keniyada seçkilərin nəticələri ləğv olunub Ali Məhkəmə seçki prosesi zamanı yol verilmiş pozuntuları nəzərə alaraq, 60 gün ərzində yeni seçkilərin keçirilməli olduğunu bildirib
Digər ölkələr
1 Sentyabr , 2017 16:14
Keniyada seçkilərin nəticələri ləğv olunub
AFP

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ölkə tarixində ilk dəfə olaraq Keniyanın Ali Məhkəməsi bir qədər əvvəl keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.

"Report"un ВВС-yə istinadən verdiyi xəbərə görə, məhkəmə seçki prosesi zamanı yol verilmiş pozuntuları nəzərə alaraq, 60 gün ərzində yeni seçkilərin keçirilməli olduğunu bildirib.

Ötən ay Seçki Komissiyası seçiləcəyi təqdirdə ikinci müddətə ölkəyə rəhbərlik edəcək Uxuru Keniatı qalib elan etmişdi.

Müxalifətin namizədi Raila Odinqa bildirib ki, seçkinin nəticələrinə təsir göstərmək üçün Seçki Komissiyasının internet sistemi dağıdılıb.

Son xəbərlər

Orphus sistemi