Kaya Kallas: Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Aİ Dəməşqə qarşı sanksiyaları yumşalda bilər
Kaya Kallas: Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Aİ Dəməşqə qarşı sanksiyaları yumşalda bilərSuriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) sanksiyaları yumşalda bilər.
Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) Dəməşqə qarşı sanksiyaları yumşalda bilər.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) "X"də yazıb.
O bildirib ki, Suriya üçün keçid dövrünün koordinasiyası məqsədilə Romada təşkil olunan "Quint" iclasına qatılıb.
"Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətin vacibliyini təsdiq etdik. Əgər real irəliləyiş olarsa, Avropa İttifaqı Dəməşqə qarşı sanksiyaları tədricən yüngülləşdirə bilər", - K.Kallas vurğulayıb.
Qeyd edək ki, "Quint" ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan ibarət qeyri-rəsmi qərar qəbul edən qrupdur.
In Rome, I joined the #Quint meeting to coordinate efforts for Syria's transition.
With Germany, France, Italy, the UK and US, we reaffirmed the need for an inclusive government protecting all minorities