Yuxarı
    Bağlamaq

    Kataniya hava limanı Etna vulkanının püskürməsi səbəbindən bağlanıb

    Təmizləmə avadanlıqları səhər tezdən uçuş-enmə zolağını küldən təmizləsə də, vəziyyət kritik olaraq qalır© Courtesy İmage

    Bakı. 18 mart. REPORT.AZ/ Siciliya adasının ikinci ən böyük şəhəri olan Kataniyadakı hava limanı Etna vulkanının püskürməsi səbəbindən bağlanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroportdan məlumat veriblər.

    Hava limanı dünən gecədən işləmir. Uçuşların bu gün səhər bərpa ediləcəyi planlaşdırılırsa da, bu, müvəffəq olmayıb. Belə ki, təmizləmə avadanlıqları səhər tezdən uçuş-enmə zolağını küldən təmizləsə də, vəziyyət kritik olaraq qalır.

    Aeroportun Böhran Mərkəzi gündüz daha bir görüş keçirmək niyyətindədir.

    Qeyd edək ki, Etna vulkanı hələ fevralın 28-də oyanıb. Martın 16-da vulkanik materialın sıçraması nəticəsində 10 nəfər xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi