Yuxarı
    Bağlamaq

    Kataloniyanın müstəqillik haqda qətnaməsinə İspaniyanın Konstitusiya Məhkəməsində baxılacaq

    Məhkəmə qərar qəbul etməyənədək əyalətin qətnaməsi qüvvəyə minə bilməz

    Bakı. 11 noyabr. REPORT.AZ/ İspaniya hökuməti ölkənin Kataloniya əyalətinin müstəqillik haqda qəbul etdiyi qətnamə ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət edib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, İspaniyanın baş naziri Mariano Raxoy rəhbərliyi ilə öncədən razılaşdırılmış sənəd Konstitusiya Məhkəməsinə təqdim edilib.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi qərar qəbul etməyənədək əyalətin qətnaməsi qüvvəyə minə bilməz. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi