Yuxarı

​Kataloniyanın yeni baş naziri: "Müstəqilliyimizi birtərəfli qaydada elan etməyəcəyik"

Karles Puçdemon bildirib ki, hazırda əsas işi Kataloniyanın Konstitusiyasına bir sıra dəyişikliklər etməkdir

Bakı.15 yanvar. REPORT.AZ/ İspaniyanın Kataloniya bölgəsi ölkənin tərkibindən çıxmağı birtərəfli qaydada elan etməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kataloniya muxtariyyətinin yeni hökumətinin başçısı Karles Puçdemon yerli "TV-3" telekanalına müsahibəsində bildirib.

"Biz seçkiqabağı kampaniya zamanı birtərəfli qaydada İspaniyanın tərkibindən çıxacağımızı vəd etməmişik",- deyə o vurğulayıb.

K.Puçdemon bildirib ki, hazırda əsas işi Kataloniyanın Konstitusiyasına bir sıra dəyişikliklər etməkdir.

Qeyd edək ki, ölkənin Jirona şəhərinin keçmiş meri Karles Puçdemon bu il yanvarın 10-da Kataloniyanın baş naziri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi