Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib

Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib Şübhəli şəxs Avropanın bütün ölkələrində axtarılır
Digər ölkələr
21 Avqust , 2017 13:43
Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib

Bakı. 21 avqust. REPORT.AZ/ Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün şəxsiyyətini müəyyənləşdirdiyini təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sükan arxasında Mərakeş əsilli olduğu güman edilən Yunes Abuyaakubun olduğunu düşünür.

"Catalunya Radio" radiostansiyasına müsahibəsində Kataloniya hökumətinin daxili işlər üzrə müşaviri Joakim Forn bildirib ki, şübhəli şəxsin muxtariyyəti tərk etdiyi dəqiq olmasa da, o, Avropanın bütün ölkələrində axtarılır.

Qeyd edək ki, avqustun 17-də Barselonada mikroavtobus sürücüsü qəsdən avtomobili yoldan keçənlərin üzərinə sürüb, terror hücumu nəticəsində 14 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi