Yuxarı
    Bağlamaq

    Kataloniya parlamentinin sədri girov müqabilində azad edilib

    Karme Forkadelin İspaniya ərazisini tərk etməsinə qadağa qoyulub

    Bakı. 10 noyabr. REPORT.AZ/ Kataloniya Muxtar Vilayətinin parlamentinin sədri Karme Forkadel 150 min avro məbləğində girov ödəyərək azadlığa çıxıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, müəyyən şərtlərə əməl etməklə işə baxılacağı vaxta qədər azadlıqda qala bilər.

    Belə ki, onun İspaniya ərazisini tərk etməsinə qadağa qoyulub, pasportu əlindən alınıb, üstəlik, o, həftədə bir dəfə məhkəməyə getməlidir.

    Qeyd edək ki, noyabrın 2-də İspaniya Ali Məhkəməsinin hakimi Kataloniyanın müstəqilliyini elan etməsi ilə əlaqədar K.Forkadelin məhkəmə istintaqı müddətində həbsdə olmasına, eləcə də 150 min avro girov qoymaqla azadlığa buraxılma hüququna sahib olmasına dair qərar qəbul edib.

    Prokurorluq üsyan, qiyam təşkil edilməsi və dövlət vəsaitlərin əsassız xərclənməsi üzrə ittiham irəli sürüb. Bu cinayətlərə görə, ümumilikdə, 48 il həbs cəzası düşür.

    K.Forkadel üçün girov ödənilməsi məqsədilə vəsaiti Kataloniyanın "müstəqilliyini" dəstəkləyən "Kataloniya Milli Assambleyası" ictimai təşkilatı toplayıb. Onun lideri Jordi Sançes də üsyan yaratmaq ittihamı ilə həbs olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi