Kataloniya rəhbəri referendumun nəticələrini elan edib - VİDEO

Kataloniya rəhbəri referendumun nəticələrini elan edib - VİDEO Səsvermədə 2,2 milyon insan iştirak edib
Digər ölkələr
135
2 Oktyabr , 2017 04:40
Kataloniya rəhbəri referendumun nəticələrini elan edib - VİDEO

Bakı. 2 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon referendumun nəticələrini elan edib.

"Report" xəbər verir ki, o, prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini deyib.

"2 milyon 20 min 144 nəfər və ya 90 faiz müstəqilliyin lehinə səs verib", - deyə Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul mətbuat konfransında bildirib.

Referendumda 5,3 milyon seçicidən 2,2 mln. nəfəri iştirak edib.

Madrid referendumu və plebisitin nəticələrini tanımır.

Son xəbərlər

Orphus sistemi