Bakı. 2 noyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Əyaləti hökumətinin keçmiş üzvləri ifadə vermək üçün Madridə gediblər.
“Report” “El Pais”ə istinadən xəbər verir ki, onlar Milli Məhkəmə Kollegiyasının binasında olublar.
Həmin məhkəmədə Kataloniyanın İspaniyadan ayırlması üçün keçirilən "referendum" və muxtariyyətin müstəqilliyini elan etməsi məsələsi araşdırılır.
Məhkəməyə gedənlərdən biri Kataloniya hökuməti başçısının müavini Oriol Junkerasdır.
Məlumata görə, əyalət hökumətinin başçısı Karles Puçdemon və onun hökumətinin keçmiş 13 üzvünə ifadə vermək üçün məhkəməyə gəlmələri barədə bildiriş göndərilib. Hökumtin keçmiş üzvlərinin çoxu məhkəməyə getmək qərarına gəlib.
Karles Puçdemon isə 4 tərəfdarı ilə birlikdə hazırda Belçikadadır.