Yuxarı

Kapitoliya binasında atəş açan şəxsə qarşı ittiham irəli sürülüb

Bir polis işçisi yaralanıb

Bakı. 29 mart. REPORT.AZ/ Vaşinqtonda Kapitoliya binasında ziyarətçilər üçün mərkəzdə atışmaya səbəbkar olan şəxsə qarşı ittiham irəli sürülüb. "Report" "Washington Post"a istinadən xəbər verir ki, o, qarşı silahdan istifadə etməklə hücum və polisə silahlı hücum maddələri ilə ittiham olunur.

Xatırladaq ki, bazar ertəsi Kapitoliya binasında ziyarətçilər üçün mərkəzdə atışma səsləri eşidilib. Bina təhlükəsizlik səbəbiylə bağlanılıb. Atəş açan şəxs zərərsizləşdirilərək, həbs edilib. Bir polis işçisi yaralanıb, amma bu, onun həyatı üçün heç bir təhlükə yaratmır.

Hüquq-mühafizə orqanları silahlı şəxsin Tennessidən olan 66 yaşlı Larri Douson olduğunu bildirib. O, tez-tez Kapitoliyaya gələrək orada etiraz aksiyaları təşkil edirmiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi