Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib

Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib Yanvarın 6-da ABŞ-da Kapitoliyə hücum zamanı binanı mühafizə etmiş 4 zabit ötən müddət ərzində özünə qəsd edib.
Digər ölkələr
3 Avqust , 2021 12:59
Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib

Yanvarın 6-da ABŞ-da Kapitoliyə hücum zamanı binanı mühafizə etmiş 4 zabit ötən müddət ərzində özünə qəsd edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat açıqlayıb.

Məlumata görə, veteran Günter Haşida iyulun 29-da öz mənzilində ölü aşkarlanıb. Ekspertiza onun özünəqəsd nəticəsində öldüyü qərarına gəlib.

İyulun 10-da zabit Karl Defeytaq da özünə qəsd edib.

Daha əvvəl isə polis əməkdaşları Hovard LiberhudCefri Smit də özünəqəsd nəticəsində dünyalarını dəyişiblər.

Son xəbərlər

Orphus sistemi