Kansler: "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təxribatdır”

Kansler: "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təxribatdır” "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təxribatdır”.
Digər ölkələr
25 Yanvar , 2023 17:53
Kansler: Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təxribatdır”

"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təxribatdır”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts parlamentdə “Leopard 2” tankının Ukraynaya tədarükü və onun üçüncü ölkələrdən reeksportu ilə bağlı deputatların suallarına cavabında bildirib.

Əvəllər Almaniya tankın Ukrayna göndərilməsi və reeksportunun münaqişəni qızışdıracağından, həmçinin Moskvanı təhrik edəcəyindən ehtiyat edirdi. Kansler deputatların məsələ ilə bağlı sualına cavabında deyib ki, əvvəl Ukraynanı döyüş tankları ilə təmin etməkdən ehtiyat edirmişlər: “Ancaq öz xəttimizi davam etdirməyimiz dəhşətli səhv olardı. Biz tərəfdarlarımız və müttəfiqlərimizlə fəaliyyətimizi əlaqələndirməliyik”.

Deputatlar Olaf Şoltsdan Almaniyanın Ukraynaya hərbi texnika ilə yardım etməsini əvvəllər “təxribat” adlandırmasının səbəbini soruşublar. O cavabında deyib: “Mən heç vaxt "təxribat" sözünü işlətməmişəm. Təxribat Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir”.

Qeyd edək ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankının verilməsini, eləcə də onun üçüncü ölkələrdən təkrar ixracını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi