Rusiya Almaniyanın Kiyevə "Leopard 2" tanklarının tədarükündən narahatdır

Rusiya Almaniyanın Kiyevə "Leopard 2" tanklarının tədarükündən narahatdır "Berlinin Kiyevə “Leopard 2” tankları tədarük etməsi barədə qərarı təhlükəlidir, bu, münaqişəni yeni qarşıdurma səviyyəsinə gətirəcək".
Digər ölkələr
25 Yanvar , 2023 15:57
Rusiya Almaniyanın Kiyevə Leopard 2 tanklarının tədarükündən narahatdır

"Berlinin Kiyevə “Leopard 2” tankları tədarük etməsi barədə qərarı təhlükəlidir, bu, münaqişəni yeni qarşıdurma səviyyəsinə gətirəcək".

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, Rusiyanın Almaniyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Almaniya hökuməti yanvarın 25-də Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləyib.

Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın bu qərarını alqışlayaraq kansler Olaf Şoltsa təşəkkür edib.

Həmçinin Polşa Berlinin bu qərarından sonra Ukraynaya “Leopard 2” tədarük etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi