Kanadada sərnişin təyyarəsi məcburi eniş edib

Kanadada sərnişin təyyarəsi məcburi eniş edib Uçuş zamanı təyyarənin mühərriklərindən birində problem yaranıb
Digər ölkələr
8 Yanvar , 2017 08:08
Kanadada sərnişin təyyarəsi məcburi eniş edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Manitoba vilayətində, Vinnipeq hava limanına məcburi eniş edib.

"Report"un məlumatına görə, bu barədə "CTV" telekanalı xəbər verib.

Məlumata görə, "Airbus A319" Fort-Makmyurreydən Torontoya (Ontario vilayəti) doğru uçurmuş. Lakin uçuş zamanı təyyarənin mühərriklərindən birində problem yaranıb.

Air Canada"nın nümayəndəsi Con Riberin sözlərinə görə, təyyarə Vinnipeq hava limanına uğurlu eniş edib. Onun göyərtəsində neçə sərnişinin və ekipaj üzvünün olduğu açıqlanmır.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi