Kanadanın neft emalı zavodunda yanğın baş verib

Digər ölkələr
  • 14 mart, 2017
  • 22:41
Kanadanın neft emalı zavodunda yanğın baş verib

Bakı. 15 mart. REPORT.AZ/ Kanadanın Albert əyalətinin Fort-Makmürrey şəhəri yaxınlığında yerləşən "Syncrude" şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı CBC telekanalı məlumat yayıb.

Bildirilir ki, müəssisənin işçi heyəti təxliyə edilib, zavoda bütün girişlər bağlanıb. Hadisə yerinə polis dəstələri və yanğınsöndürənlər göndərilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti