Kanadanın baş naziri seçkiqabağı mitinqdə daşa basılıb

Kanadanın baş naziri seçkiqabağı mitinqdə daşa basılıb Kanadanın baş naziri Castin Tryudo London (Ontario əyaləti) şəhərində seçkiqabağı mitinqin tamamlanmasından sonra öz avtobusuna əyləşdikdə naməlum şəxslər tərəfindən daşa basılıb.
Digər ölkələr
7 Sentyabr , 2021 05:30
Kanadanın baş naziri seçkiqabağı mitinqdə daşa basılıb

Kanadanın baş naziri Castin Tryudo London (Ontario əyaləti) şəhərində seçkiqabağı mitinqin tamamlanmasından sonra öz avtobusuna əyləşdikdə naməlum şəxslər tərəfindən daşa basılıb.

“Report” xəbər verir ki, bununla bağlı videogörüntüləri CTV telekanalı yayımlayıb.

Kadrlarda görünür ki, kiçik daşların hissəsi Tryudoya, bir hissəsi onun mühafizəçilərinə dəyib. Daşlar baş nazirə və onu müşayiət edənlərə ciddi ziyan vurmayıb.

CTV-nin məlumatına görə, Tryudonun Liberal Partiyasının tərəfdarları ilə planlaşdırılmış görüşünə baş nazirin siyasəti ilə razılaşmayan vətəndaşların böyük qrupu da qatılıb. Onların arasında Kanada Xalq Partiyasının tərəfdarları da olub. Xalq Partiyasının tərəfdarları əhalinin məcburən koronavirus əleyhinə peyvənd edilməsinə qarşı çıxır.

Etirazçılar qrupu xüsusi halda, hökumətin koronavirus pandemiyası fonunda ölkənin iqtisadi fəallığını məhdudlaşdırmağa davam etməsi, əhalinin müəyyən qrupları üçün məcburi vaksinasiya kimi hərəkətlərindən razı deyil.

Son xəbərlər

Orphus sistemi