Yuxarı

​Kanadada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Qəzanın səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Kanadanın şimal-şərqində yerləşən Britaniya Kolumbiyası əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə oktyabrın 17-də CTV telekanalı məlumat yayıb.

Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurasının nümayəndəsi Kris Krepskinin sözlərinə görə, “Cessna” tipli təyyarə Teylor şəhərində uçuş-eniş zolağından ayrılan kimi dərhal yerə düşüb və yanmağa başlayıb. Təyyarənin göyərtəsində olan pilot və sərnişin ağır xəsarət alıb və təcili yardım gələnə kimi dünyasını dəyişib. Qəzanın səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi