​Kanadada terrorun qarşısı alınıb

​Kanadada terrorun qarşısı alınıb İŞİD tərəfdarının ABŞ konsulluğunun binasını partlatmağı planlaşdırmaq şübhəli bilinir
Digər ölkələr
12 Mart , 2015 12:36
​Kanadada terrorun qarşısı alınıb

Bakı. 12 mart. REPORT.AZ/ Kanada xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ konsulluğu və Torontodakı ticarət mərkəzlərinin binalarının partladılmasının qarşısını alıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Kanadanın ictimai təhlükəsizlik nazirinin müavini Stiven Blani Ottavada keçirdiyi mətbuat konfransında bildirib.

"İŞİD tərəfdarı olan vətəndaşımızın Kanadada terror aktları planının qarşısının alındığını təsdiqləyirəm", - o, deyib.

Xəbərdə bildirilib ki, bu, əslən Pakistandan olan 33 yaşlı Cahanzeb Malikdir. Həmin şəxs 2004-cü ildən Kanadada yaşayır. O, Toronto şəhərindəki ticarət mərkəzini partlatmağı planlaşdırmaqda şübhəli bilinir. Şübhəli həbs edilib.

Məlumata görə, C.Malik dindirildikdən sonra Kanadanın milli təhlükəsizliyini təhdid etdiyi üçün ölkədən çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi