Kanadada məscid daşa basılıb

Kanadada məscid daşa basılıb Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımışdı
Digər ölkələr
3 Fevral , 2017 11:04
Kanadada məscid daşa basılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Kanadanın Monreal şəhərinin Point-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar. 

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.

Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb. 

A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir. 

Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımış, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazılmışdı.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kanada polisi fransız-kanadalı tələbəni Kvebek vilayətindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.

Xatırladaq ki, bu il yanvarın 31-də Kanada vətəndaşı 27 yaşlı Aleksandr Bissonnettenin gecə saatlarında Kvebek İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı məscidə silahlı basqını nəticəsində 6 nəfər ölmüş,19 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı. 

İngilis versiyası Mosque vandalized in Canada

Son xəbərlər

Orphus sistemi