Kanadada keçirilən parlament seçkilərində “Liberal Partiya” liderdir
Digər ölkələr
- 29 aprel, 2025
- 04:42
Milli Seçki Komissiyasının bazar ertəsi dərc etdiyi ilk rəqəmlərə əsasən Kanadada keçirilən növbədənkənar ümumi seçkilərdə baş nazir Mark Karninin də təmsil olunduğu hakim “Liberal Partiya” liderlik edir.
“Report” xəbər verir ki, hazırda 343 seçki dairəsindən 15-də liberallar, 5-də isə ana müxalifətdə olan “Kanada Mühafizəkarlar Partiyası” qalib gəlir.
Digər partiyalar hələ bir mandat qazana bilməyib.
Qeyd edək ki, bazar ertəsi Kanadada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci seçkilər keçirilir. Mübarizə 343 mandat uğrunda gedir və qalib çoxluq hökuməti yaratmaq üçün 172 mandat almalıdır. Qalib partiyanın lideri ölkənin baş naziri olacaq.
Son xəbərlər
09:47
Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb
Hadisə09:38
Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb
Xarici siyasət09:24
"Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir
Futbol09:21
Azərbaycan XİN Monqolustanı təbrik edib
Xarici siyasət09:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.07.2026)
Maliyyə09:15
Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, saxlanılanlar var
Region09:01
Filippində "Bavi" tayfunu qurbanlarının sayı 17-yə çatıb
Digər ölkələr08:53
Hörmüz boğazından gəmilərin keçidi minimuma enib
Digər ölkələr08:37