Kanadada hərbi helikopter çaya düşüb, ölənlər və yaralılar var
Digər ölkələr
- 20 iyun, 2023
- 20:15
Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, 2 əsgər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki, Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopteri yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.
Kanadanın baş naziri Castin Trüdo verdiyi açıqlamada helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib.
O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
Qəzanın səbəbi hələlik məlum deyil.
Son xəbərlər
23:35
Rusiya PUA-ları Xarkovda qatarı vurub, ölənlər və yaralananlar var
Digər ölkələr23:22
Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni rədd edib
Digər ölkələr23:15
Filippində güclü zəlzələ baş verib
Hadisə23:08
"Qarabağ"ın futbolçusu: "Liverpul"la matçda uğurlu nəticəyə ümid edirik"
Futbol23:05
Sibiqa Rusiya, ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan sənədlərdən danışıb
Digər ölkələr23:01
Qurban Qurbanov: "Futbolçularım "Liverpul"a qarşı ən yaxşı oyunlarından birini göstərəcəklər"
Futbol22:51
Foto
Türkiyə ilə Aİ arasında növbəti siyasi dialoq toplantısı keçirilib
Region22:46
ABŞ dollarının indeksi son dörd ilin minimumunu yeniləyib
Maliyyə22:38