Kanada xəstəxanasında atışma nəticəsində iki təqaüdçü öldürülüb

Kanada xəstəxanasında atışma nəticəsində iki təqaüdçü öldürülüb Ölənlərdən biri kişi, digəri qadındır
Digər ölkələr
28 Oktyabr , 2017 23:45
Kanada xəstəxanasında atışma nəticəsində iki təqaüdçü öldürülüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Kanadanın Ontario əyalətinin Koburqa şəhər xəstəxanasında polisin iştirakı ilə baş verən atışma zamanı bir kişi və bir qadın ölüb.

"Report" "CBC News"a istinadən xəbər verir ki, atışma səslərindən sonra xəstəxananın təxirəsalınmaz yardım şöbəsinə polis çağırılıb.

Hadisə yerinə gələn asayiş keşikçiləri 70 yaşlı kişi ilə atışmağa başlayıblar. Nəticədə kişi güllələnib. Bundan əlavə, müəssisədə 76 yaşlı qadının meyiti tapılıb.

İnsidentlə bağlı araşdırma aparlır.

Son xəbərlər

Orphus sistemi