Yuxarı

​Kanada Rusiyaya neft kəşfiyyatı qurğularının satışını dayandırır

Bakı. 19 dekabr. REPORT.AZ/ Kanadanın baş naziri Stefen Harper Ukrayna böhranına görə bəzi rusiyalı və ukraynalı şəxslərə qarşı əlavə iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq ediləcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

S.Harper 20 Rusiya və Ukrayna vətəndaşının Kanadaya gəlişi, həmçinin neftin kəşfiyyatı üçün hazırlanmış texnologiyaların ixracına qadağa qoyulduğunu deyib: “Kanadanın Ukraynanın Şərqində - Krım və başqa ərazilərin işğalına göz yuma bilməz. Biz Rusiya və Ukraynadan ölan şəxslərə iqtisadi sanksiyalar tətbiq etməyə hazırıq. Həmçinin, neft-qaz kəşfiyyatı işləri üçün lazım olan texnikanın Rusiyaya ixracını dayandırırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi