Kanada konsulluq işçilərinə Honkonqu tərk etməyə qadağa qoyub

Kanada konsulluq işçilərinə Honkonqu tərk etməyə qadağa qoyub Kanadanın Honkonqdakı konsulluğu Çin rəsmilərinin Şençjendə Britaniya konsulluğunun nümayəndəsi Saymon Çeni saxlamasından sonra yerli sakin olan əməkdaşlarına Çinin materik hissəsinə səyahət etməyi yasaqlayıb.
Digər ölkələr
23 Avqust , 2019 11:24
Kanada konsulluq işçilərinə Honkonqu tərk etməyə qadağa qoyub

Kanadanın Honkonqdakı konsulluğu Çin rəsmilərinin Şençjendə Britaniya konsulluğunun nümayəndəsi Saymon Çeni saxlamasından sonra yerli sakin olan əməkdaşlarına Çinin materik hissəsinə səyahət etməyi yasaqlayıb.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.

"Kanadanın Honkonqdakı Baş Konsulluğunda həm Honkonqda yerləşdirilən kanadalı diplomatlar, həm də yerli sakinlər çalışırlar. Hazırda yerli sakinlər Honkonqdan kənara rəsmi işgüzar səfərlər etməyəcəklər", - Kanada konsulluğunun rəsmi nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi