Yuxarı
    Bağlamaq

    Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib: ölənlər və yaralanan var

    Hücum zamanı Kamerunun üç əsgəri həlak olub, daha bir əsgər isə yaralanıb© Courtesy İmage

    Bakı. 11 iyun. REPORT.AZ/ Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib.

    "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Kolofat şəhərində, Nigeriya ilə sərhəddə baş verib.

    Hücum zamanı Kamerunun üç əsgəri həlak olub, daha bir əsgər isə yaralanıb. Gənc yaşlı kamikadzenin terrorçu "Boko Haram" qruplaşmasının üzvü olduğu ehtimal edilir. O, hadisə yerində ölüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi