Kamerunda mina partlayışı nəticəsində bir neçə əsgər həlak olub

Kamerunda mina partlayışı nəticəsində bir neçə əsgər həlak olub Kamerunun 5 əsgəri ölkənin şimalında patrul xidməti zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
Digər ölkələr
29 Fevral , 2024 00:44
Kamerunda mina partlayışı nəticəsində bir neçə əsgər həlak olub

Kamerunun 5 əsgəri ölkənin şimalında patrul xidməti zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, mina "Boko Haram" terror qruplaşmasının üzvləri tərəfindən qoyulub. Hücumda həlak olanların hamısı Kamerun silahlı qüvvələrinin elit bölməsinin batalyonunun heyətidir.

Yerli polisin verdiyi məlumata görə, Kamerun regionda 2014-cü ildən bəri aktiv olan “Boko Haram”ın tez-tez hücumlarından sonra bölgədə hərbi patrulları artırıb.

Son xəbərlər

Orphus sistemi