Yuxarı
    Bağlamaq

    ​Kaliforniyada meşə yanğınları səbəbindən 5 min nəfər təxliyə edilib

    Yanğınla mübarizəyə təqribən 200 yanğınsöndürmə briqadası cəlb olunub

    Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Kalabasas şəhərində meşə yanğınları səbəbindən 5 minə yaxın insan təxliyə olunub.

    "Report" xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət orqanları nümayəndələri məlumat yayıb.

    Onların məlumatlarına görə, yanğın yük maşınının şəhər yolunda elektrik dirəyinə çırpılmasından sonra baş verib. Quru və isti iqlim səbəbindən alov ani olaraq yaxınlıqdakı meşə zolağına yayılıb.

    Hakimiyyət ehtiyat məqsədi ilə yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib. Yanğınla mübarizəyə təqribən 200 yanğınsöndürmə briqadası cəlb olunub.

    Yanğın nəticəsində üç evə ziyan dəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi