Kaliforniyada meşə yanğınının söndürülməsinə 14 min nəfər cəlb edilib

Kaliforniyada meşə yanğınının söndürülməsinə 14 min nəfər cəlb edilib Yanğın nəticəsində 7 nəfər ölüb, 1500 tikili yanıb
Digər ölkələr
9 Avqust , 2018 12:56
Kaliforniyada meşə yanğınının söndürülməsinə 14 min nəfər cəlb edilib

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında meşə yanğınının söndürülməsinə 14 min yanğınsöndürən, hərbçi və məhbus cəlb edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Kaliforniyanın Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsi yayıb.

Yanğının söndürülməsində 12 min yanğınsöndürən, uyğun kursu keçmiş 2 minə yaxın məhbus iştirak edir. Hadisə yerinə mindən çox yanğınsöndürən avtomobil, 59 buldozer, 17 təyyarə və 12 helikopter fəaliyyət göstərir.

Yanğın artıq 1176 kv. km meşə təsərrüfatını məhv edib. Yanğın nəticəsində 7 nəfər ölüb, 1500 tikili yanıb.

Mütəxəssislər ştatın tarixində ən böyük yanğının avqustun sonunadək davam edəcəyindən ehtiyatlanırlar.

Son xəbərlər

Orphus sistemi