Kabildə yaraqlılar məscidə hücum edib

Kabildə yaraqlılar məscidə hücum edib Əfqanıstan paytaxtındakı İmam Zaman məscidinin həyətində partlayış baş verib, atışma gedir
Digər ölkələr
25 Avqust , 2017 14:44
Kabildə yaraqlılar məscidə hücum edib

Bakı. 25 avqust. REPORT.AZ/ Bir neçə yaraqlı Əfqanıstanın paytaxtı Kabildə məscidə hücum edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İmam Zaman məscidinin həyətində partlayış baş verib, atışma gedir. 

Şahidlərin sözlərinə görə, dörd yaraqlı mühafizəçiləri öldürərək binaya daxil olub. Hücum edənlərin polis forması geyindiyi qeyd edilir.

Əfqanıstan Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin özünü məscidin yanında partlatdığını təsdiqləyib. DİN-in məlumatında 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Polis məscid ətrafındakı bölgəni mühasirəyə alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi