Kabilin mərkəzində törədilən partlayış nəticəsində 80 nəfər həlak olub, 350 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Kabilin mərkəzində törədilən partlayış nəticəsində 80 nəfər həlak olub, 350 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB Terror hücumu xarici səfirliklər və prezident sarayı yaxınlığında həyata keçirilib
Digər ölkələr
31 May , 2017 11:37
Kabilin mərkəzində törədilən partlayış nəticəsində 80 nəfər həlak olub, 350 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Bakı. 31 may. REPORT.AZ/ Kabilin mərkəzində xarici səfirliklərin yaxınlığında törədilən partlayış nəticəsində 80 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

İlkin məlumatlara görə, partlayıcı qurğu diplomatik bölgədə insanların sıx olduğu zaman işə salınıb. Partlayış Almaniya səfirliyinin yaxınlığında olsa da, ondan Hindistan və Yaponiya səfirliklərinin binaları da ziyan görüb.

*** 9:31

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. "Report" BBC-yə istinadən xəbər verir ki, partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayı yaxınlığında baş verib.

Partlayış o qədər qüvvətli olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlərə belə ziyan vurub.

Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb.

"Pajhwok Afghan News" agentliyinin məlumatına görə, partlayış nəticəsində 10-dan çox insan həlak olub, yüz nəfərdən çox insan isə yaralanıb.

Yaponiyanın ictimai televiziyası NHK isə partlayış zamanı Yaponiya səfirliyinin iki əməkdaşının xəsarət aldığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi