Kabildə İraq səfirliyinin yaxınlığında ikinci partlayış baş verib - YENİLƏNİB

Kabildə İraq səfirliyinin yaxınlığında ikinci partlayış baş verib - YENİLƏNİB Dörd naməlum şəxs İraq səfirliyinə hücum edib
Digər ölkələr
31 İyul , 2017 13:13
Kabildə İraq səfirliyinin yaxınlığında ikinci partlayış baş verib - YENİLƏNİB

Bakı. 31 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinin yaxınlığında ikinci partlayış baş verib. 

Bu barədə "Report" "Tolo News" telekanalına istinadən xəbər verir.

Telekanalın "Twitter" hesabından yaydığı məlumatda Şar-e-Nau bölgəsində baş vermiş partlayış nəticəsində xəsarət alanlar haqqında xəbər verilmir.

İnsidentin baş verdiyi bölgədə silahlı toqquşma davam edir. Telekanal 4 naməlum şəxsin İraq səfirliyinə hücum etdiyini xəbər verib. Hazırda dinc sakinlərin ərazidən təxliyəsi həyata keçirilir.

İŞİD terror qruplaşması hücumlara görə məsuliyyəti üzərinə götürüb.

"Press TV" telekanalının məlumatına görə, ilk partlayış nəticəsində bir jurnalist yaralanıb. Terrorçu-kamikadze özünü düz səfirliyinin girişində partladıb.


***11:41

Əfqanıstan paytaxtı Kabildə terroçu-kamikadze özünü İraq səfirliyinin yanında partladıb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, partlayış yerində atışma səsləri eşidilir, xəsarət alanların sayı məlum deyil.

Kabil polisinin nümayəndəsi Basir Mücahid şəhərdə partlayış olduğunu təsdiq edib, amma hadisənin tyəfərrüatları barədə məlumat verməyib. 

Son xəbərlər

Orphus sistemi