Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladılıb

Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladılıb Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Digər ölkələr
25 Yanvar , 2021 13:21
Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladılıb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinin zirehli avtomobili partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı məlumat verib.

Telekanal hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən bildirib ki, avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Mənbənin verdiyi məlumata görə, söhbət yerli işçilərin İtaliyanın diplomatik nümayəndəliyinə çatdırıldığı avtomobildən gedir.

Hələlik hücuma görə məsuliyyəti üzərinə heç kim götürməyib.

Son xəbərlər

Orphus sistemi