Kabildə baş verən partlayışda ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB-2

Kabildə baş verən partlayışda ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB-2 Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb
Digər ölkələr
9 Mart , 2018 16:49
Kabildə baş verən partlayışda ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 9 mart. REPORT.AZ/ Əfqanıstan paytaxtında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, daha 18 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Nəsrət Rəhimi məlumat verib.

Onun sözlərinə görə, ölənlər arasında bir hərbçi var, qalanları dinc sakinlərdir.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


***12:25

Kabildə baş verən partlayış zamanı azı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildirilib.

Yerli KİV-in məlumatına görə, partlayış Əfqanıstan həzaralarının rəhbəri Əbdül Əli Məzarinin ölümünün ildönümünün qeyd edildiyi mərasimin yaxınlığında törədilib. 


*** 12:07

Əfqanıstanın paytaxtı Kabilin Mossalla-Mazari rayonunda avtomobil məscid yaxınlığında partladılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze avtomobili məscidin yaxınlığına sürərək partladıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi