Jozep Borel: “Bu gün biz Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”
Jozep Borel: “Bu gün biz Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.
“Report”un xəbərinə görə, Jozep Borel bu barədə özünün “X” səhifəsində yazıb.
“Bu gün biz Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana namizəd statusu vermək və lazımi üzvlük hüququ əldə edildikdən sonra Bosniya və Herseqovina ilə danışıqlara başlamaqla Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”, - ali nümayəndə qeyd edib.
Today, we take a historic step towards a stronger European family by opening negotiation with Ukraine & Moldova, granting candidate status to Georgia and opening negotiations with Bosnia & Herzegovina once the necessary degree of compliance with membership criteria is reached ->