İtaliya hakimiyyəti Yeni il bayramı öncəsi təhlükəsizlik tədbirlərini gücləndirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb.
Bildirilib ki, mövcud terror təhlükəsi, eləcə də ekoloji fəalların yeni addımları ilə bağlı tədbirlər görülür.
“Qəzzadakı müharibə fonunda radikalları hücumları ilə bağlı risklər artır. Lakin ətraf mühit fəalları diqqəti cəlb edəcək etiraz aksiyaları keçirmək fürsətindən istifadə edə bilərlər”, - məlumatda qeyd edilib.