İtaliyada helikopter qəzası nəticəsində həlak olanların meyitləri tapılıb
Digər ölkələr
- 11 iyun, 2022
- 14:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 10-da İtaliyanın mərkəzində helikopter qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin meyiti tapılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Hadisə Apennin dağlarında, Toskana və Emiliya-Romanya sərhədində qeydə alınıb.
Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala "AW119" tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.
Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.
Son xəbərlər
13:16
Nazir: Bolqarıstan Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
13:11
Kaya Kallas: Avropa İttifaqı Rusiyadan güzəştlər əldə etməyə çalışmalıdır
Digər ölkələr
13:10
"Birbank" hərbçilər üçün nağd kreditdə 5 %-dək güzəşt təqdim edir
Maliyyə
13:03
ABB ölkəmizdə insan kapitalını araşdırıb
Maliyyə
12:57
Rumıniya Azərbaycan, Türkiyə və Ermənistanla Qara dəniz regionunda təhlükəsizlik danışıqlarını planlaşdırır
Xarici siyasət
12:55
Azərbaycanda dövlət borcu strategiyasının yenilənməsi təklif olunur
Maliyyə
12:54
Dövlət proqramlarının maliyyə məlumatlarının büdcə sənədlərində əks olunması təklif edilir
Maliyyə
12:54
Foto
Bakıda müasir əmək bazarı və məşğulluğa həsr olunan panel sessiya keçirilib
Sosial müdafiə
12:54
Aİ "Wildberries"in təsisçisi daxil olmaqla, Rusiyanın 137 fiziki və hüquqi şəxsinə sanksiyalar tətbiq edəcək
Digər ölkələr