İtaliya koronavirusa qarşı iki dərmanın istifadəsini təsdiqləyib

Digər ölkələr
  • 30 dekabr, 2021
  • 23:47
İtaliya koronavirusa qarşı iki dərmanın istifadəsini təsdiqləyib

İtaliya Dərman Agentliyinin (Aifa) Elmi və Texniki Komissiyası COVID-19-un müalicəsi üçün iki yeni antiviral preparatın, molnupiravir və remdesivirin istifadəsinə icazə verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dərman xəstəliyin ağır gedişatının qarşısını almaq üçün xəstəliyin ilkin mərhələsində istifadə ediləcək.