İtaliyanın müdafiə naziri Quido Krozetto və Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, dekabrın 24-də freqat Süveyş kanalından keçməlidir.
Bildirilib ki, Avropa əməliyyatı çərçivəsində əvvəlcə 2024-cü ilin fevralına planlaşdırılan çoxməqsədli “Virgilio Fasan” freqatının göndərilməsi yaxın günlərdə həyata keçiriləcək.
Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Xatırladaq ki, Pentaqon rəhbəri Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını açıqlayıb. Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.