İsveçrənin XİN rəhbəri ölkənin 2022-ci il üçün prezidenti seçilib

İsveçrənin XİN rəhbəri ölkənin 2022-ci il üçün prezidenti seçilib İsveçrənin xarici işlər naziri İnyasio Kassis ölkənin 2022-ci il üçün prezidenti seçilib.
Digər ölkələr
8 Dekabr , 2021 16:44
İsveçrənin XİN rəhbəri ölkənin 2022-ci il üçün prezidenti seçilib

İsveçrənin xarici işlər naziri İnyasio Kassis ölkənin 2022-ci il üçün prezidenti seçilib.

“Report" TASS-a istinadən xəbər verir ki, seçkilər ölkə parlamentinin iki palatasının ümumi yığıncağında keçirilib. O, eyni zamanda həm xarici işlər naziri, həm də prezident vəzifələrini icra edəcək.

Kassis 2007-2017-ci illərdə Azad Demokratik Partiyanı parlamentin aşağı palatasında təmsil edib. 2017-ci il noyabrın 1-dən etibarən ölkənin Federal Xarici İşlər Departamentinə (Nazirliyinə) başçılıq etməyə başlayıb. 2021-ci il yanvarın 1-dən dekabrın 31-dək ölkənin vitse-prezidenti vəzifəsini icra edir.

Qeyd edək ki, İsveçrədə prezident vəzifəsini 7 nazirdən ibarət Federal Şuranın üzvləri ardıcıl olaraq icra edirlər.

Son xəbərlər

Orphus sistemi