​İstanbulda iki partlayışın qarşısı alınıb

​İstanbulda iki partlayışın qarşısı alınıb İki ticarət mərkəzində əldəqayırma partlayıcı qurğular aşkar edilib
Digər ölkələr
10 Yanvar , 2015 20:48
​İstanbulda iki partlayışın qarşısı alınıb
Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün İstanbulun iki ticarət mərkəzində əldəqayırma partlayıcı qurğular aşkar edilib.

“Report” Türkiyənin “Dogan” agentliyinə istinadən xəbər verir ki, İstanbulun Başakşehirdəki ticarət mərkəzində müştərilər müəmmalı paket barədə polisə xəbər veriblər.

Ticarət mərkəzindəki insanlar təxliyə edilib. Paketə baxış zamanı əldəqayırma qaz bombası aşkar edilib.

Daha bir partlayıcı qurğu Sefaköydəki ticarət mərkəzində tapılıb. Hər iki bomba zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi