İsrail Baş Konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB

İsrail Baş Konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB Münhen Olimpiadasında törədilmiş terror aktının ildönümündə İsrailin Baş Konsulluğunun binası yaxınlığında atəş səsləri eşidilib.
Digər ölkələr
5 Sentyabr , 2024 13:28
İsrail Baş Konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB

İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atəş açan şəxs Almaniya təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atışma olub. Münhendə qətlə yetirilmiş İsrail idmançılarının xatirəsinə həsr olunmuş mərasimlə əlaqədar bu gün konsulluq bağlıdır. Atışma zamanı Baş Konsulluğun əməkdaşlarından xəsarət alan olmayıb”, - məlumatda bildirilib.

12:52

Münhen Olimpiadasında törədilmiş terror aktının ildönümündə İsrailin Baş Konsulluğunun binası yaxınlığında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrailin Baş Konsulluğu qarşısında bir neçə atəş səsi eşidilib”, - məlumatda bildirilib.

Ölən və ya yaralananlar barədə hələ məlumat verilmir.

Bu gün 1972-ci ildə Münhen Olimpiadası zamanı törədilmiş terror aktının növbəti ildönümüdür. Terror aktı zamanı yaraqlılar İsrail komandasının 11 üzvünü güllələyərək öldürmüşdü.

Son xəbərlər

Orphus sistemi