İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək.
Digər ölkələr
28 Aprel , 2024 18:20
İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək.

Bu barədə “Report” “The Jerusalem Post”a istinadən xəbər verir.

"Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerinə yetirmək niyyətindəyəm. Bu, lazım olduğu qədər vaxt aparacaq, amma bu işləri görməyə borcluyuq", - o bildirib.

Bununla yanaşı, İsrail Müdafiə Ordusunun rəisi Herzi Halevi, bazar günü Cənub Hərbi Dairəsinin qərargahında dairə komandiri, general-mayor Yaron Finkelman, bölmə və briqada komandirləri ilə görüşdə daha çox döyüş planlarını təsdiqləyib.

Cənubi hərbi dairəsi İsrailin cənub hissəsinin, Qəzza zolağı, Misir və İordaniya ilə Cənub quru sərhədinin ərazi müdafiəsinə məsuldur. “The Times of Israel” bildirib ki, görüş Qəzza zolağının cənubundakı Rafahda ordunun gözlənilən əməliyyatı ərəfəsində baş tutub.

Bundan əvvəl İsrail komandanlığı ordunun HƏMAS qruplaşmasının 24 batalyonundan 20-ni sıradan çıxardığını və Rəfahda qalan batalyonları məhv etməli olduğunu açıqlayıb. Eyni zamanda, təxminən 1,4 milyon fələstinli - anklav əhalisinin yarısından çoxu - hərbi əməliyyatlar səbəbilə ölkənin şimal bölgələrini tərk etmək məcburiyyətində qaldıqdan sonra Rafaha sığınıb.

Xatırladaq ki, HƏMAS qruplaşması 2023-cü ilin 7 oktyabrında İsrailə hücum edib. Buna cavab olaraq İsrail Qəzzada qruplaşmaya hərbi əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi