İsraildə növbəti dəfə atışma olub, 2 nəfər yaralanıb - YENİLƏNİB

İsraildə növbəti dəfə atışma olub, 2 nəfər yaralanıb - YENİLƏNİB İsrailin Yerusəlim şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə toqquşma baş verib.
Digər ölkələr
28 Yanvar , 2023 14:09
İsraildə növbəti dəfə atışma olub, 2 nəfər yaralanıb - YENİLƏNİB

İsrailin Yerusəlim şəhərindəki David rayonu yaxınlığında 2 nəfəri yaralayan şəxs saxlanılıb. 

“Report” xəbər verir ki, bu barədə yerli “Kan” dövlət televiziya və radio şirkətindən bildirilib. 

Qeyd olunub ki, hücum edənin adı Mohammed Aliyatdır. Hücumçunun dindirilməsinə başlanılıb. 

Səbəb hələlik məlum deyil.

13.30

İsrailin Yerusəlim şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə atışma olub.

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, dünən, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi