İsrail ordusu HƏMAS-ın Rəfahda maliyyədən məsul olan üzvünü məhv edib

İsrail ordusu HƏMAS-ın Rəfahda maliyyədən məsul olan üzvünü məhv edib İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfahdakı təşkilatın hərbi qanadını maliyyələşdirilməsindən məsul olan Fələstinin radikal HƏMAS hərəkatının üzvünü məhv edib.
Digər ölkələr
11 Aprel , 2024 19:14
İsrail ordusu HƏMAS-ın Rəfahda maliyyədən məsul olan üzvünü məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfahdakı təşkilatın hərbi qanadının maliyyələşdirilməsindən məsul olan Fələstinin radikal HƏMAS hərəkatının üzvünü məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ordu ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti - Qeyd) dəstəyi ilə terrorçu Naser Yaqub Cabberı zərərsizləşdirib.

HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq, o, təşkilatın Rəfahdakı hərbi fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi.

Keçən dekabrda o, hərbi fəaliyyətlər üçün HƏMAS-a yüz minlərlə dollar köçürüb.

Son xəbərlər

Orphus sistemi