İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib

İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib Bu barədə məhkəmədən bildirilib
Digər ölkələr
8 Mart , 2021 15:35
İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib

İspaniyanın Konstitusiya Məhkəməsi martın 8-də Madriddə aksiyanın keçirilməsinə icazə verməyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.

Məlumata görə, COVID-19 pandemiyası ilə bağlı Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün kütləvi tədbirlər və mitinqlərin keçirilməsi qadağan olunub. Aksiya təşkilatçıları məhkəmənin qərar ilə bağlı Madriddəki Ali Məhkəmənin qərarını qəbul etməyiblər.

İspaniyadakı Fəhlələr Komissiyası və Zəhmətkeşlərin ümumi ittifaqı adlı iki böyük həmkarlar təşkilatları Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi